"Oracle" son bir ildə 21 min əməkdaşını ixtisar edib: Səbəb süni intellektdir

"Oracle" son bir ildə 21 min əməkdaşını ixtisar edib: Səbəb süni intellektdir
3-4
Paylaş:

ABŞ-nin aparıcı proqram təminatı şirkətlərindən biri olan "Oracle" son bir il ərzində işçi sayını təxminən 21 min nəfər azaldıb.

Şirkətin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi rəsmi sənədlərə əsasən, may ayının sonuna olan vəziyyətə görə "Oracle"-da 141 min əməkdaş çalışır. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 162 min nəfər idi.

Hazırda şirkətin təxminən 49 min əməkdaşı ABŞ-də, 92 min nəfəri isə digər ölkələrdə fəaliyyət göstərir. Kadr ixtisarları ilə bağlı maliyyə silinmələrinin həcmi isə 1,8 milyard dollar təşkil edib.

Şirkət bildirib ki, ixtisarların əsas səbəblərindən biri süni intellekt texnologiyalarının iş proseslərinə daha geniş inteqrasiyasıdır. Rəsmi açıqlamada qeyd olunur ki, AI əsaslı həllərin tətbiqi bəzi əməkdaşların yerinə yetirdiyi funksiyalara olan ehtiyacı azaldıb və bu prosesin gələcəkdə də davam edəcəyi gözlənilir.

Bununla yanaşı, 2026-cı ilin əvvəlindən etibarən "Oracle"ın bazar kapitallaşması təxminən 10 faiz azalaraq 530 milyard dollara enib. Analitiklər hesab edirlər ki, şirkətin AI strategiyası uzunmüddətli perspektivdə məhsuldarlığı artırsa da, əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olmağa davam edəcək.

Dərc edildi: 28.06.2026

Sənin üçün seçdiklərimiz

Etik Hacker Olmaq Üçün Haradan Başlamalı?
6-7
21.08.2026

Etik Hacker Olmaq Üçün Haradan Başlamalı?

   Son büdcə kibertəhlükəsizlik sahəsinə maraq xeyli artıb. İnternetdə “hacker olmaq”, “etik hacking əməliyyatı” və ya “...

Trampdan Yeni “Elmi İnqilab”: AI ilə Elmin Gələcəyini Dəyişmək İddiası
6-7 dəq. oxuma vaxtı
19.12.2025

Trampdan Yeni “Elmi İnqilab”: AI ilə Elmin Gələcəyini Dəyişmək İddiası

     “Tarixi milli təşəbbüs” kimi təqdim olunan bu layihə, süni intellektlə gücləndirilmiş elmi araşdırmalara sərma...

Süni İntellektlə Dəstəklənən Bionik Əllər: Daha Təbii Hərəkətə Doğru
6-7 dəq. oxuma vaxtı
14.12.2025

Süni İntellektlə Dəstəklənən Bionik Əllər: Daha Təbii Hərəkətə Doğru

     Müasir bionik əl protezləri çeviklik, hərəkət azadlığı və funksionallıq baxımından təbii əllərə yaxınlaşır. La...

“Diablo 2” Antarktidada Oynandı – Oyunun Soyuq Rekordu
3-4
10.12.2025

“Diablo 2” Antarktidada Oynandı – Oyunun Soyuq Rekordu

     “Reddit” platformasında “Updawg” istifadəçi adı ilə tanınan şəxs dünyada ilk dəfə olaraq Antarktidada məşhur “...

Sənin hekayən də bir kodla başlasın

Formu doldur, biz səninlə əlaqə saxlayaq və dərs üçün uyğun vaxtı təyin edək. Bu fürsəti qaçırma, təhsilə ilk addımını at!

+994