Azərbaycanın kosmik sənayesində yeni mərhələ başlayır. "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayevin sözlərinə görə, "Azerspace-3" telekommunikasiya peykinin 2029-cu ilin sonuna qədər istismara verilməsi planlaşdırılır.
Hazırda "Azərkosmos" həm telekommunikasiya, həm də Yerin müşahidəsi sahəsində fəaliyyətini genişləndirir. Bu çərçivədə "Azersky-2A" müşahidə peyki layihəsi üzərində işlər davam edir və layihənin 2029-cu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.
"Azerspace-1" peykinin istismar müddətinin başa çatacağını nəzərə alan qurum, onun yerini tutacaq "Azerspace-3" peyki ilə xidmətlərin davamlılığını təmin etməyi hədəfləyir. Yeni peyk Azərbaycanın kosmik imkanlarını daha da gücləndirəcək.