Kiber Təhlükəsizlik Müəllimi

Birkod Academy komandamıza qoşulacaq Kiber Təhlükəsizlik Müəllimi axtarır. Bu vəzifədə əsas məqsəd tələbələrə müasir kibertəhlükəsizlik sahəsində nəzəri biliklər və praktiki bacarıqlar qazandırmaqdır.

Müəllim dərs proqramını effektiv şəkildə tədris etməli, laboratoriya və praktiki məşğələlər təşkil etməli, tələbələrin inkişafını izləməli və onları real layihələr, beynəlxalq sertifikatlar və karyera istiqamətində dəstəkləməlidir.

Namizəd aşağıdakı mövzular üzrə dərs keçə bilməlidir:

  • İnformasiya və kibertəhlükəsizlik əsasları
  • Şəbəkə təhlükəsizliyi (Network Security)
  • Linux və Windows təhlükəsizliyi
  • Etik hakerlik (Ethical Hacking)
  • Penetrasiya testləri (Penetration Testing)
  • Veb tətbiqlərinin təhlükəsizliyi (OWASP Top 10)
  • Təhlükəsizlik alətləri (Wireshark, Nmap, Burp Suite, Metasploit və s.)
  • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik siyasətləri

Əgər kibertəhlükəsizlik sahəsində praktiki təcrübəniz varsa və biliklərinizi gələcək İT mütəxəssisləri ilə bölüşmək istəyirsinizsə, sizi Birkod Academy komandasında görməkdən məmnun olarıq. Bu vəzifə həm təcrübəli mütəxəssislər, həm də tədrisə marağı olan peşəkarlar üçün əla fürsətdir.

Подать заявку

Загрузите здесь или перетащите файл сюда

Максимальный размер файла 5 МБ • PDF, DOC, DOCX

Вам также может понравиться

Rus dilində Robototexnika müəllimi

Yarım ştat • 23 August 2026

Motion Design Müəllimi

Yarım ştat • 16 August 2026

Python Proqramlaşdırma Müəllimi

Yarım ştat • 16 August 2026