Kiber Təhlükəsizlik

Image

Birkod Academy tərəfindən həyata keçirilən KiberTəhlükəsizlik üzrə Təqaüd Proqramı gənclərin informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onları müasir rəqəmsal təhlükələrə qarşı hazırlamaq və gələcəyin peşələrinə yönləndirmək məqsədi daşıyır.

Proqram çərçivəsində ümumilikdə 11 gənc təlimlərdən faydalanır. İştirakçılardan 8 nəfər əyani (oflayn), 3 nəfər isə onlayn formatda təhsil alır. Təqaüd proqramı iştirakçılara tam ödənişsiz şəkildə peşəkar təlimlərdə iştirak etmək imkanı yaradır.

Təlim proqramı kibertəhlükəsizliyin əsasları, şəbəkə təhlükəsizliyi, əməliyyat sistemləri və Linux mühiti, etik hakerlik anlayışları, rəqəmsal təhlükələrdən qorunma üsulları və praktik laboratoriya məşğələlərini əhatə edir. İştirakçılar nəzəri biliklərlə yanaşı, real ssenarilər üzərində praktiki bacarıqlar qazanaraq informasiya təhlükəsizliyi sahəsində ilkin peşəkar hazırlıq əldə edirlər.

Birkod Academy gənclərin texnologiya sahəsində inkişafını dəstəkləməyi, onların innovativ düşüncə tərzini formalaşdırmağı və əmək bazarında tələb olunan rəqəmsal bacarıqlara yiyələnmələrinə töhfə verməyi qarşısına məqsəd qoyur. Bu təşəbbüs vasitəsilə gənclərin kibertəhlükəsizlik sahəsinə marağının artırılması və gələcək karyeralarına dəstək göstərilməsi hədəflənir.

Join a free trial lesson!

Fill out the form, and we will contact you to arrange a suitable lesson time. Don’t miss this opportunity—take your first step into learning!

+994